Son dəqiqə

Fransa hava nəqliyyatı Aviasiya Tətil Kabin heyəti

Fransada easyJet-in kabin heyəti tətil xəbərdarlığı edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransada fəaliyyət göstərən easyJet aviaşirkətinin kabin heyətini təmsil edən həmkarlar ittifaqları 7 avqustdan 2 sentyabradək tətil keçirmək barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, həmkarlar ittifaqları bu qərarın iş şəraitinin pisləşməsi ilə əlaqədar qəbul edildiyini bildiriblər.

Açıqlamada qeyd olunub ki, tətilin keçiriləcəyi konkret tarixlər hər aksiya başlamazdan 48 saat əvvəl elan olunacaq.

Həmkarlar ittifaqları bildiriblər ki, şirkət rəhbərliyi ilə danışıqlara açıqdırlar və rəhbərlikdən müsbət cavab alınacağı təqdirdə tətil xəbərdarlığının ləğvi də mümkündür.

Mövzuya görə xəbərlər