BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi bildirib ki, ölkənin şimal-qərbində yerləşdirilən qüvvələr istənilən təhdidə qarşı qəti cavab verməyə hazırdır.
TurkicWorld xəbər verir ki, Məhəmməd Kərəmi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Komandan bildirib ki, bölgədə fəaliyyət göstərən Həmzə Seyyid əş-Şühəda qərargahının qüvvələri regiondankənar düşmənlərin və terror qruplarının mümkün "səhv hesablamalarına" qarşı tam hazırlıq vəziyyətindədir.
Onun sözlərinə görə, qüvvələr kəşfiyyat imkanları, yüksək əməliyyat hazırlığı, müasir texnologiyalar və elmi nailiyyətlərdən istifadə etməklə fəaliyyət göstərirlər.
Kərəmi əlavə edib ki, həmin qüvvələr istənilən təhlükəyə "qətiyyətli cavab" verməyə hazırdır.







