Son dəqiqə

İran Regional Təhlükəsizlik pilotsuz uçuş aparatı Hava məkanı İslam İnqilabı Keşikçiləri Korpusu Bəndər İmam Xomeyni

İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənub-qərbində yerləşən Bəndər İmam Xomeyni şəhəri üzərində düşmənə məxsus olduğu bildirilən pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun yerli bölməsi pilotsuz uçuş aparatının cümə axşamı səhər saatlarında şəhərin hava məkanında aşkarlanaraq məhv edildiyini bildirib.

Məlumata görə, vurulan pilotsuz uçuş aparatının qalıqları Bəndər İmam Xomeyni şəhərində yerləşən yaşayış evlərindən birinin üzərinə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı müəyyən edildikdən sonra hadisə yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə qrupu cəlb olunub.

Qrup qalıqları təhlükəsiz vəziyyətə gətirib, mümkün təhlükələri aradan qaldırıb və onların hadisə yerindən çıxarılmasını təmin edib.

Hadisənin digər təfərrüatları barədə hələlik əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər