Son dəqiqə

İran Səhiyyə Nazirliyi Hərbi Zərbə Amerika Birləşmiş Ştatları Hörmüzqan Xuzistan Sistan və Bəlucistan

ABŞ zərbələri nəticəsində İranda ölənlərin sayı 55 nəfərə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Səhiyyə Nazirliyi Amerika Birləşmiş Ştatlarının son hərbi zərbələri nəticəsində ölənlərin sayının 55 nəfərə çatdığını açıqlayıb. Nazirliyin sözçüsü bildirib ki, hücumlar zamanı ümumilikdə 645 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

TurkicWorld xəbər verir ki, İranın Fars xəbər agentliyinə açıqlama verən Səhiyyə Nazirliyinin sözçüsü ən çox zərərçəkənin Xuzistan vilayətində qeydə alındığını bildirib. Onun sözlərinə görə, Hörmüzqan, eləcə də Sistan və Bəlucistan vilayətləri də həm yaralıların, həm də ölənlərin sayına görə ilk sıralarda yer alır.

Rəsmi məlumata əsasən, yaralanan 645 nəfərdən 586-sı müalicə olunduqdan sonra xəstəxanadan buraxılıb. Bir qrup şəxsə ambulator tibbi yardım göstərilib.

Hazırda səkkiz nəfərin xəstəxanada müalicəsi davam etdirilir. Səhiyyə Nazirliyi onların bir qisminin əlavə cərrahi əməliyyatlara ehtiyac duyduğunu bildirib.

İran tərəfi hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tibbi xidmətlərin davam etdirildiyini və zərərçəkənlərin vəziyyətinin nəzarətdə saxlanıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər