Son dəqiqə

ABŞ Livan Donald Tramp Vaşinqton Ağ Ev Yaxın Şərq Cozef Aun atəşkəs

Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Ağ evdə iki ölkə lideri arasında ikitərəfli görüş keçiriləcək.

TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, görüşdə ölkədəki vəziyyət, atəşkəsin möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin bərpası əsas müzakirə mövzuları olacaq. Danışıqlarda xüsusilə Livanın cənubundakı vəziyyətə xüsusi diqqət ayrılacağı bildirilib.

Tərəflər, həmçinin İsrail ordusunun nəzarətində olan Livan ərazilərindən çıxarılması və dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam şəkildə bərqərar olunması məsələlərini də müzakirə edəcəklər.

Rəsmi Beyrut hesab edir ki, qarşıdakı görüş regionda gərginliyin azaldılması və Livanda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Bu, Donald Trampın yenidən prezident seçilməsindən sonra Livan Prezidenti Cozef Aunla keçiriləcək ilk rəsmi görüşlərdən biri olacaq.

Mövzuya görə xəbərlər