BAKI,TurkicWorld,Yusif Şərifzadə
Mütəxəssis ABŞ və İran arasında artan gərginliyin Yaxın Şərqdə genişmiqyaslı müharibəyə qayıdış riski yaratdığını bildirib.
TurkicWorld xəbər verir ki, Londonda fəaliyyət göstərən müdafiə məsələləri üzrə analitik Aleks Əlfirraz Şirs tərəfləri təmkinli davranmağa çağırıb.
Onun sözlərinə görə, hazırda vəziyyət “son dərəcə təhlükəli mərhələdədir” və həm ABŞ, həm də İran daha böyük qarşıdurmanın qarşısını almaq üçün soyuqqanlı qərarlar qəbul etməlidir.
Ekspert bildirib ki, ABŞ ilə İran arasında əldə olunan müvəqqəti anlaşma tamamilə aradan qalxmayıb, lakin onun vəziyyəti çox zəifdir.
Aleks Əlfirraz Şirs qeyd edib ki, böhrandan çıxış yolu üçün hər iki tərəfin qarşılıqlı təmkin göstərməsi vacibdir. Lakin onun fikrincə, hazırda tərəflər bu addımı atmağa hazır görünmür.
Analitik vurğulayıb ki, əsas mübahisə mövzularından biri Hörmüz boğazına nəzarət məsələsidir.
Onun sözlərinə görə, ABŞ İranın bu mühüm su yoluna nəzarət etməsini qəbulolunmaz hesab edir, İran isə regiondakı əsas aktor mövqeyini itirməyi qəbuledilməz sayır.







