Son dəqiqə

İran ABŞ Donald Tramp Sepah Hava zərbələri atəşkəs İran İslam İnqilabı Keşikçiləri Korpusu

ABŞ-nin İrana hava zərbələri nəticəsində SEPAH-ın 3 üzvü öldürülüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun 3 üzvünün öldüyü bildirilir.

TurkicWorld xəbər verir ki, İranın Mizan xəbər agentliyinin məlumatına görə, ABŞ hücumları zamanı SEPAH üzvləri həyatını itirib.

Hadisə ABŞ və İran arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda baş verib. Son günlər tərəflər arasında baş verən qarşıdurmalar atəşkəs razılaşmasını dəfələrlə təhlükə altına salıb.

Məlumata görə, cümə axşamı baş verən qarşıdurmalar əvvəlki günlərlə müqayisədə daha genişmiqyaslı olub.

ABŞ Prezidenti Donald Trampın açıqlamaları isə vəziyyətlə bağlı qeyri-müəyyənliyi artırıb. O, ardıcıl hərbi zərbələrə razılıq versə də, bunun genişmiqyaslı müharibəyə qayıdış anlamına gəlmədiyini bildirib.

Regionda gərginliyin davam etməsi mümkün yeni hərbi eskalasiya ilə bağlı narahatlıqları artırır.

Mövzuya görə xəbərlər