BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin cənazəsinin Məşhəd şəhərində böyük izdihamın iştirakı ilə keçirildiyi bildirilib.
TurkicWorld xəbər verir ki, İran mediasının yayımladığı görüntülərə əsasən, üzərinə İran bayrağı örtülmüş cənazə izdihamlı mərasim zamanı şəhər küçələrindən keçirilib.
Məlumata görə, ABŞ və İsrailin hava zərbələri nəticəsində öldüyü bildirilən Əli Xamenei və ailə üzvlərinin dəfn mərasimi Məşhəddə yerləşən İmam Rza ziyarətgahında keçiriləcək.
86 yaşlı Əli Xamenei 1989-cu ildə Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra İranın ali dini rəhbəri vəzifəsinə gəlib.
Ruhullah Xomeyni 1979-cu il İslam inqilabının əsas siması hesab olunurdu. Əli Xamenei isə hakimiyyəti dövründə İranın hərbi və təhlükəsizlik strukturlarının formalaşmasında mühüm rol oynayıb.
Onun rəhbərliyi illərində İranın müdafiə siyasəti, hərbi imkanları və regiondakı təsir mexanizmləri əhəmiyyətli dərəcədə inkişaf edib.







