Son dəqiqə

İran Küveyt Bəhreyn Körfəz Regional Təhlükəsizlik Suverenlik

Küveyt İranın Bəhreynə hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Xarici İşlər Nazirliyi İranın Bəhreynə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyərək, bunu Bəhreynin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı bəyanatda İranın hücumları “ağır təcavüz” adlandırılıb. Bildirilib ki, Küveyt bu hücumları və onların yaratdığı təhlükəli gərginliyi qəti şəkildə rədd edir.

Bəyanatda qeyd olunub ki, bu addımlar regionda və beynəlxalq səviyyədə gərginliyin azaldılması istiqamətində göstərilən səylərə zərbə vurur və təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.

Küveyt Xarici İşlər Nazirliyi, həmçinin Bəhreynin təhlükəsizliyi, sabitliyi və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.

Mövzuya görə xəbərlər