Son dəqiqə

İsrail İran Livan Ağ Ev Livan-İsrail münasibətləri Cozef Aun Hizbullahın silahsızlaşdırılması Livan ordusu: Tərksilah planı icra olunur

Ağ Ev Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Ağ Ev Livan Prezidenti Cozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib.

Bu barədə Ağ Evin rəsmisi məlumat verib.

Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.

Livanın ABŞ-dakı səfirliyinin yaydığı açıqlamaya əsasən, dəvət iki ölkə arasında davamlı tərəfdaşlığı əks etdirir və liderlərə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, eləcə də ABŞ-ın Livanın suverenliyinə, sabitliyinə, ərazi bütövlüyünə və dövlət institutlarına dəstəyini müzakirə etmək imkanı yaradacaq.

Bu arada İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail və Livan arasında növbəti danışıqlar mərhələsi Romada keçiriləcək. Onun sözlərinə görə, tərəflər ABŞ-ın dəstəyi ilə ötən ay əldə olunmuş çərçivə razılaşmasının inkişaf etdirilməsi istiqamətində işi davam etdirirlər.

Mövzuya görə xəbərlər