BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid əl-Xurayci rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İranın keçmiş ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid əl-Xurayci Tehranda keçirilən mərasimdə Əli Xameneinin xatirəsini yad edib.
Məlumata görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı İran Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazalarına dəfələrlə zərbələr endirmişdi.
Xatırladılır ki, bu ilin mart ayında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud İranı bölgədəki fəaliyyətini yenidən nəzərdən keçirməyə çağırmış və ölkəsinin, eləcə də qonşu körfəz dövlətlərinin təhlükəsizliyinə yönələn hücumlara dözümlülüyün məhdud olduğunu bildirmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər uzun illər gərgin olsa da, tərəflər üç il əvvəl Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması prosesinə başlayıblar.






