BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Qadi Eyzenkot Baş nazir Benyamin Netanyahunu İranın nüvə proqramı ilə bağlı ictimaiyyəti çaşdırmaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, Qadi Eyzenkot bu fikirləri ölkənin mərkəzində keçirilən konfransda səsləndirib.
O bildirib ki, Benyamin Netanyahunun İranın nüvə imkanları ilə bağlı səsləndirdiyi bəyanatlar həqiqəti əks etdirmir.
Eyzenkotun sözlərinə görə, İranın nüvə bombası olmayıb və bu barədə deyilənlər İsrail cəmiyyətində qorxu yaratmaq məqsədi daşıyır.
Sabiq Baş Qərargah rəisi bu fikirləri Benyamin Netanyahunun İsrailin 14-cü kanalına müsahibəsində İranın artıq nüvə bombasına sahib olduğunu iddia etməsindən sonra səsləndirib.
İran isə uzun illərdir nüvə silahı hazırladığı barədə iddiaları rədd edir və nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.







