Son dəqiqə

Fransa BMT İsveçrə zəlzələ Venesuela humanitar yardım Delsi Rodriges xilasedicilər axtarış-xilasetmə əməliyyatı

BMT-nin xilasedici qrupları Venesuelaya göndərilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT tərəfindən sertifikatlaşdırılmış ixtisaslaşmış xilasedici qruplar dağıdıcı zəlzələlərdən sonra sağ qalanların axtarışına dəstək vermək üçün Venesuelaya yola düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges televiziya vasitəsilə yayımlanan müraciətində məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq xilasedicilər artıq ölkəyə doğru hərəkət edirlər və yerli xilasetmə əməliyyatlarına dəstək göstərəcəklər.

Deltsi Rodriges bildirib ki, o, bir sıra dövlət başçıları və Venesueladakı BMT əlaqələndiricisi ilə danışaraq yardım və koordinasiya məsələlərini müzakirə edib.

Bundan əvvəl İsveçrə və Fransa da daxil olmaqla bir neçə ölkə zəlzələdən zərər çəkmiş Venesuelaya xilasedici qruplar göndərəcəklərini açıqlamışdı.

Mövzuya görə xəbərlər