BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio Körfəz ölkələrinə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşlərdən sonra Küveytə gəlib.
TurkicWorld xəbər verir ki, Rubiyo Birləşmiş Ərəb Əmirliklərində rəsmi şəxslərlə apardığı görüşlərdən sonra səfərini Küveytdə davam etdirir.
Səfərin əsas məqsədinin regionda təhlükəsizlik məsələləri və dövlətlərarası münasibətlərin müzakirəsi olduğu bildirilir.
Rubionun Küveytdə hansı rəsmi görüşlər keçirəcəyi barədə əlavə məlumat verilməyib.
ABŞ tərəfi səfərlə bağlı daha geniş məlumatın daha sonra veriləcəyini açıqlayıb.







