Son dəqiqə

Fransa İsveçrə Qətər Yaxın Şərq şeyx Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Jan-Noel Barrot Bürqenştok

Qətər və Fransa xarici işlər nazirləri İsveçrədə Yaxın Şərqdə sabitliyi müzakirə ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İsveçrənin Bürgenştok şəhərində keçirilən görüş çərçivəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər Yaxın Şərqdə son vəziyyəti müzakirə ediblər.

Görüşdə əsas diqqət Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumundan sonra bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlib.

Qətər Baş naziri ölkəsinin danışıqlara tam dəstək verdiyini bir daha təsdiqləyib.

O bildirib ki, Doha mövcud problemlərin həllində dialoq və sülh yolu ilə yanaşmanı əsas prinsip kimi qəbul edir.

Tərəflər bölgədə davamlı sabitliyin təmin olunması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Mövzuya görə xəbərlər