BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla aparılan danışıqlarda yekun saziş üçün “çox yaxşı baza” formalaşıb.
TurkicWorld xəbər verir ki, Vens bu açıqlamanı İsveçrənin Bürqenştok şəhərində jurnalistlərə verdiyi brifinqdə səsləndirib.
O qeyd edib ki, əldə olunan irəliləyiş gələcək razılaşmanın uğurla tamamlanması üçün mühüm əsas yaradır.
Vens əlavə edib ki, danışıqlarda əldə olunan nəticələr “çox müsbət” qiymətləndirilir və tərəflər diplomatik prosesi davam etdirməyə hazırdır.
ABŞ rəsmisi bildirib ki, müzakirələrdə formalaşan bu baza gələcək mərhələlər üçün mühüm platforma rolunu oynayacaq.
Danışıqların yekun mərhələsinin ardınca texniki və diplomatik işlərin davam etdiriləcəyi gözlənilir.







