BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hizbullah İsrailin Livanın cənubunda intensivləşən hücumlarının ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşmanı pozmağa yönəldiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, təşkilatın media əlaqələri xidməti vasitəsilə yayılan açıqlamada İsrailin Hizbullahı atəşkəsi pozmaqda ittiham etməsinin həqiqəti əks etdirmədiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrail tərəfindən səsləndirilən ittihamlar tamamilə əsassızdır və ictimai rəyi çaşdırmağa xidmət edir.
Hizbullahın iddiasına görə, bu bəyanatlar eyni zamanda İran İslam Respublikası ilə ABŞ arasında əldə olunmuş razılaşmanın həyata keçirilməsinə mane olmaq məqsədi daşıyır.
Təşkilat bildirib ki, cümə gününün səhər saatlarından etibarən İsrail tərəfindən 300-dən çox atəşkəs pozuntusu qeydə alınıb.
Açıqlamada hava zərbələrinin endirildiyi, fosfor tərkibli sursatlardan istifadə olunduğu və beynəlxalq səviyyədə qadağan edilmiş kaset tipli bombaların tətbiq edildiyi iddia olunub.
Hizbullah bütün dövlətləri, xüsusilə də ABŞ-ni İsrailə təzyiq göstərməyə və onu əldə olunmuş razılaşmalara əməl etməyə məcbur etməyə çağırıb.







