BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında texniki səviyyəli danışıqların iyunun 21-də İsveçrənin Bürqenştok bölgəsində keçiriləcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, görüşlər İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra həyata keçiriləcək növbəti mərhələ çərçivəsində təşkil olunur.
Nazirlik qeyd edib ki, danışıqlarda ABŞ və İran nümayəndələri ilə yanaşı, Pakistan və Qətərin vasitəçiləri də iştirak edəcəklər.
Bəyanatda vurğulanıb ki, texniki səviyyəli görüşlər tərəflər arasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunacaq.
Son günlər ABŞ və İran arasında aparılan diplomatik təmasların intensivləşdiyi müşahidə olunur.
Ekspertlər hesab edirlər ki, Bürqenştokda keçiriləcək görüşlər tərəflər arasında siyasi dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







