BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla aparılan danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfər etməyi gözlədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Cey Di Vens bu barədə "Foks Nyus" televiziya kanalına müsahibəsində danışıb.
Vitse-prezident qeyd edib ki, səfərin yaxın bir neçə gün ərzində baş tutacağını gözləyir. Bununla belə, o, diplomatik proseslərin və beynəlxalq protokol qaydalarının müəyyən koordinasiya tələb etdiyini vurğulayıb.
Vensin sözlərinə görə, səfərin dəqiq vaxtı hələ tam müəyyənləşməyib, lakin hazırlıq işləri davam edir.
Məlumata görə, İsveçrədə ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunun icrası ilə bağlı diplomatik təmaslar davam edir.
Son günlər İran nümayəndə heyətinin danışıqlarda iştirakı ilə bağlı qeyri-müəyyənlik yaransa da, tərəflər arasında təmasların davam etdiyi bildirilir.
Cey Di Vensin mümkün səfəri ABŞ-İran danışıqlarının növbəti mərhələsi baxımından mühüm addım kimi qiymətləndirilir.







