İran ABŞ Tehran Vaşinqton Yaxın Şərq siyasət Diplomatiya Nüvə Proqramı Beynəlxalq Münasibətlər Danışıqlar Müctəba Xamenei Gərginlik

Xamenei: ABŞ ilə birbaşa danışıqlar “düşmənin mövqeyini qəbul etmək” demək deyil

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın ali dini lideri Müctəba Xamenei ABŞ ilə mümkün birbaşa danışıqlarla bağlı yeni açıqlama verib.

TurkicWorld xəbər verir ki, o yazılı bəyanatında gələcək üzbəüz danışıqların İranın mövqeyindən imtina demək olmadığını bildirib.

Xamenei qeyd edib ki, danışıqlar “düşmənin mövqeyini qəbul etmək” anlamına gəlmir.

Onun sözlərinə görə, İran milli maraqlarını və prinsipial mövqeyini qoruyaraq diplomatik proseslərdə iştirak edə bilər.

Açıqlamada vurğulanıb ki, Tehran öz hüquqlarından geri çəkilməyəcək.

Eyni zamanda İran rəhbərliyi ABŞ ilə münasibətlərdə ehtiyatlı və şərtli yanaşmanı davam etdirir.

Bu bəyanat Tehran–Vaşinqton xəttində gərgin siyasi ritorikanın davam etdiyini göstərir.

Mövzuya görə xəbərlər