İran ABŞ Yaxın Şərq təhlükəsizlik CENTCOM Hörmüz boğazı Diplomatiya Blokada Dəniz ticarəti

ABŞ İran limanlarına blokadanı ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə CENTCOM-un sosial şəbəkə platforması X-də yayılan məlumatında bildirilib.

Qurum qeyd edib ki, ABŞ qüvvələri artıq İranın Körfəz və Oman dənizi sahillərindəki limanlarına giriş-çıxışı məhdudlaşdırmır.

Eyni zamanda ABŞ hərbi gəmilərinin regionda qalaraq razılaşmanın icrasına nəzarət edəcəyi vurğulanıb.

Məlumata görə, məqsəd ABŞ–İran anlaşmasının bütün şərtlərinin yerinə yetirilməsini təmin etməkdir.

Bu addım Hörmüz boğazı və regional dəniz ticarəti baxımından mühüm dəyişiklik kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər