İran ABŞ İsveçrə Yaxın Şərq Diplomatiya Nüvə Proqramı Sanksiyalar Beynəlxalq Münasibətlər Uran

İran–ABŞ arasında hələ də həll olunmamış əsas fikir ayrılıqları qalır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran və ABŞ arasında imzalanan memorandumdan sonra da tərəflər arasında bir sıra əsas məsələlər üzrə razılaşma əldə olunmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən məlumat verilib.

Məlumata görə, yüksək səviyyəli nümayəndə heyətinin İsveçrəyə səfəri və imzalama mərasimi planlaşdırılsa da, prosesdə gecikmələr ehtimal olunur.

İran mənbələri danışıqların növbəti mərhələsinin təxirə salına biləcəyini bildirir.

Əsas müzakirə mövzuları nüvə proqramı, uran ehtiyatları və sanksiyaların ləğvi ilə bağlı məsələlərdir.

Bu məsələlərin yekun həllinin növbəti diplomatik mərhələyə saxlanıldığı qeyd olunur.

Tərəflər arasında etimadsızlıq mühitinin hələ də davam etdiyi vurğulanır.

Xüsusilə Tehran tərəfdən danışıqlara qarşı ehtiyatlı yanaşmanın olduğu bildirilir.

Mövzuya görə xəbərlər