Son dəqiqə

İran Rusiya Nüvə Proqramı Beynəlxalq Münasibətlər Rosatom Nüvə təhlükəsizliyi Buşehr MAQATE Aleksey Lixaçev

Rosatom: İranın nüvə proqramı üzrə “kompromis” çağırışı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiyanın dövlət nüvə korporasiyası Rosatom İranın nüvə proqramı ilə bağlı kompromis əldə edilməsinə çağırıb.

TurkicWorld xəbər verir ki, Rosatom rəhbəri Aleksey Lixaçev bu barədə İranın yarı-rəsmi Tasnim agentliyinə açıqlama verib.

O bildirib ki, Rusiyanın mütəxəssislərinin yaxın zamanda İranın Buşehr AES-ə qayıtması gözlənilir.

Lixaçev qeyd edib ki, Buşehr atom elektrik stansiyası Rosatom üçün prioritet layihə olaraq qalır.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı razılaşma Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) iştirakı ilə əldə olunmalıdır.

Rosatom rəhbəri vurğulayıb ki, MAQATE bütün tərəflərin maraqlarını nəzərə almalıdır.

Buşehr AES-in ABŞ və İsrail hücumları zamanı zərər gördüyü və buna görə də işçilərin bir hissəsinin təxliyə edildiyi bildirilir.

Rusiya tərəfi bölgədə nüvə təhlükəsizliyinin təmin olunmasının vacibliyini xüsusi vurğulayıb.

Mövzuya görə xəbərlər