Son dəqiqə

BMT İran Çin ABŞ Yaxın Şərq Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Diplomatiya

Çin: ABŞ–İran danışıqlarının növbəti mərhələsi daha çətin olacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Çin Xarici İşlər Nazirliyi ABŞ və İran arasında aparılan danışıqların ikinci mərhələsinin əvvəlkindən daha mürəkkəb olacağını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pakistanın xarici işlər naziri İşaq Dar ilə görüş zamanı danışıb.

Van İ qeyd edib ki, Tehran və Vaşinqton arasında razılaşmanın növbəti mərhələsində daha ciddi fikir ayrılıqları yarana bilər.

O bildirib ki, hazırkı razılaşma yekun məqsəd deyil, yalnız prosesin başlanğıcıdır.

Çin rəsmisinin sözlərinə görə, Yaxın Şərq və Körfəz regionunda davamlı sülhün əldə olunması üçün bütün tərəflərin səyləri davam etməlidir.

Pekin həmçinin BMT Təhlükəsizlik Şurasının bu danışıqlarda daha aktiv rol oynamasını təklif edib.

Mövzuya görə xəbərlər