Son dəqiqə

İsrail İran Livan Tehran Yaxın Şərq Hizbullah Məhəmməd Baqir Qalibaf Müqavimət Naim Qassem siyasi bəyanat

HƏMAS Qassem: “İran qürur və şərəf simvoludur”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın “Hizbullah” hərəkatının baş katibi Naim Qassem İranı “qürur və şərəf simvolu” adlandırıb və Tehrana təşəkkür məktubu göndərib.

TurkicWorld xəbər verir ki, Qassem bu fikirləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa ünvanladığı məktubda ifadə edib.

Hizbullah rəhbəri bildirib ki, İranın apardığı danışıqlar nəticəsində İsrailin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dayandırmağa məcbur qalması razılaşmanın əsas bəndlərindən biri kimi qiymətləndirilir.

Onun sözlərinə görə, İran illərdir Hizbullah və Livan xalqına dəstək göstərib və bu dəstək müqabilində heç bir tələb irəli sürməyib.

Qassem qeyd edib ki, İran bölgədə “müqavimət qüvvələrinə” güc, seçim imkanı və siyasi dayaqlar verib.

O əlavə edib ki, İran İsrailə qarşı mövqeyinə görə ciddi təzyiqlərlə və risklərlə üzləşsə də, öz mövqeyindən geri çəkilməyib.

Hizbullah baş katibi İranın bölgədəki rolunu yüksək qiymətləndirərək onu “şərəf və qürur simvolu” kimi xarakterizə edib.

Mövzuya görə xəbərlər