Son dəqiqə

İran ABŞ Donald Tramp Vaşinqton Diplomatiya Beynəlxalq Münasibətlər Siyasi razılaşma Memorandum Konqres

Tramp: İran razılaşmasını Konqresə göndərə bilərəm

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın ABŞ Konqresində nəzərdən keçirilməsi üçün göndərilməsinə qarşı olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri əvvəlcə bu barədə düşünmədiyini, lakin belə bir addıma etiraz etmədiyini qeyd edib.

Onun sözlərinə görə, razılaşmanın Konqresə təqdim olunması ideyası məntiqli görünür.

Tramp əlavə edib ki, sənədin təsdiqlənməsinə ciddi etiraz olacağını düşünmür və “kim buna qarşı çıxar ki” ifadəsini işlədib.

ABŞ Prezidenti razılaşmanı “çox vacib sənəd” kimi xarakterizə edib.

O, sənədin ictimai və siyasi müzakirəyə çıxarılmasının mümkün olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər