Son dəqiqə

İsrail İran ABŞ Livan Yaxın Şərq Hizbullah atəşkəs Livanın cənubu Regional gərginlik Suverenlik

Hizbullah İsrailə xəbərdarlıq etdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullah İran və ABŞ arasında əldə olunan razılaşmanı alqışlayıb, eyni zamanda İsrailə sərt xəbərdarlıq ünvanlayıb.

TurkicWorld xəbər verir ki, təşkilat yaydığı geniş bəyanatda martın 2-dən əvvəl mövcud olan vəziyyətə qayıdışın mümkün olmayacağını bildirib.

Bəyanatda qeyd olunub ki, Livanın və onun xalqının müdafiəçisi olduqlarını bildirən müqavimət qüvvələri ölkənin suverenliyinin pozulmasına və vətəndaşların həyatına təhlükə yaradan hər hansı addımı qəbul etməyəcəklər.

Hizbullah Livanın torpaqlarını, xalqını və dövlət suverenliyini qorumaq hüququna sadiq qaldığını vurğulayıb.

Təşkilat İsrail qüvvələrinin tam geri çəkilməsinə və saxlanılan şəxslərin azad olunmasına qədər bu mövqeyin dəyişməyəcəyini bəyan edib.

Bəyanat İranın Livanda qarşıdurmaların dayandırılmasının ABŞ ilə əldə olunan razılaşmanın tərkib hissəsi olduğunu bildirməsindən sonra səsləndirilib.

Bu arada, Livanın cənubunda yeni hücum nəticəsində bir nəfərin həlak olduğu barədə məlumat yayılıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində 3 min 798 nəfər həyatını itirib, 11 min 781 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər