BAKI,TurkicWorld,Yusif Şərifzadə
Küveyt hakimiyyəti İranın pilotsuz uçuş aparatı hücumundan sonra dayandırılmış bəzi beynəlxalq aviareyslərin mərhələli şəkildə bərpa olunacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Körfəz ölkələrinin, ərəb dövlətlərinin və digər xarici aviaşirkətlərin məhdud sayda uçuşlarına yenidən icazə veriləcək.
Bununla belə, reyslərin dəqiq cədvəli hələ açıqlanmayıb.
İdarə bildirib ki, uçuşların təşkili Küveyt Beynəlxalq Hava Limanının 4-cü terminalından fəaliyyət göstərmək istəyən aviaşirkətlərlə aparılacaq əlaqələndirmə əsasında həyata keçiriləcək.
Xatırladaq ki, bu ayın əvvəlində İranın pilotsuz uçuş aparatı hava limanının 1-ci terminalına zərbə endirmişdi.
Hadisə nəticəsində bir nəfər həyatını itirmiş, onlarla insan yaralanmışdı.
Hücum hava limanının infrastrukturuna da ciddi ziyan vurmuşdu.






