Son dəqiqə

Fransa İsrail Avropa İttifaqı İtaliya humanitar yardım Qəzza Kaya Kallas İtamar Ben Qvir Sanksiyalar

Avropa İttifaqı niyə Ben-Qvirə qarşı ortaq qərar qəbul edə bilmədi?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi məsələsində razılığa gələ bilməyiblər.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Onun sözlərinə görə, bir sıra üzv dövlətlər Ben-Qvirə qarşı sanksiyaların tətbiq olunmasını təklif etsələr də, məsələ ilə bağlı ümumi razılıq əldə edilməyib.

Sanksiya təşəbbüsü Qəzzaya humanitar yardım çatdırmağa çalışan fəallarla bağlı hadisələrdən sonra gündəmə gəlib.

Qərb ölkələri Ben-Qvirin sosial şəbəkədə paylaşdığı görüntüləri tənqid edib. Həmin görüntülərdə nazirin humanitar yardım missiyası həyata keçirməyə çalışan fəallarla bağlı istehzalı münasibət sərgilədiyi iddia olunur.

Bir sıra fəallar təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qaldıqlarını və müxtəlif pozuntularla üzləşdiklərini bildiriblər.

Fransa may ayında Ben-Qvirin ölkə ərazisinə girişini qadağan edib.

İtaliyada isə hüquq-mühafizə orqanları nazirin fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.

Mövzuya görə xəbərlər