BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rəzayi ABŞ prezidentinə qarşı sərt fikirlər səsləndirib. O bildirib ki, bu qarşıdurmada “şübhəsiz ki, Amerika təslim olmalıdır”.
TurkicWorld xəbər verir ki, Rəzayi sosial şəbəkədə yazıb ki, Donald Trampın qarşısında yalnız bir yol var və o da təslim olmaqdır. O bu ifadəni təkrarlayaraq deyib ki, digər seçim yoxdur.
Bu açıqlama İran və ABŞ arasında davam edən münaqişə fonunda verilib. Tehran tərəfdən belə sərt bəyanatlar, danışıqların gərginləşdiyi və hər iki tərəfin mövqelərini gücləndirdiyi bir vaxtda səslənir. Rəzayi kimi parlament nümayəndələrinin bu cür açıqlamaları regiondakı gərginliyi daha da artırır.







