BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran regiondakı “həm müharibə, həm də sülh deyil” mövqeyindən irəliləməli və öz gələcəyini qorumaq üçün addımlar atmalıdır.
TurkicWorld xəbər verir ki, Pezeşkian Tehran şəhərində keçirilən tədbirdə çıxışı zamanı vurğulayıb ki, müharibə ölkənin maraqlarına uyğun olmasa da, İranın ləyaqəti, torpağı və ərazisi təhdid olunarsa, geri çəkilməyəcək. Prezident əlavə edib ki, ölkəni müharibə və böhran vəziyyətində idarə etmək çətindir və bu çətinliklərin öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin vahidliyi və əməkdaşlığı vacibdir.
Pezeşkian qeyd edib ki, İran dəyər və ləyaqətini qoruyaraq, ölkənin gələcəyini böhran və fırtınalardan xilas etməli və regionda sülh və sabitliyə töhfə verməlidir.







