Son dəqiqə

İran Misir Küveyt Bəhreyn İordaniya hücum Suverenlik Ərazi bütövlüyü

Misir üç ölkə ilə tam həmrəylik nümayiş etdirdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Misir İordaniya, Bəhreyn və Küveytə İran tərəfindən edilən hücumları ən güclü şəkildə pisləyib və üç ölkə ilə tam həmrəylik nümayiş etdirib.

TurkicWorld xəbər verir ki, Misirin açıqlamasında bildirilir: “Bu hücumlar qardaş ölkələrin suverenliyi və ərazi bütövlüyünün açıq-aşkar pozulmasıdır və regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi risk daşıyan güclü eskalasiya hesab olunur.”

Açıqlamada həmçinin qeyd olunur ki, Misir hər hansı bir dövlətin suverenliyini sarsıtmağa və ya təhlükəyə atmağa yönəlmiş hərəkətləri qətiyyətlə rədd edir və regionda təhlükəsizliyin qorunması üçün de-eskalasiyanın və beynəlxalq hüquq qaydalarına hörmətin vacibliyini vurğulayır.

Mövzuya görə xəbərlər