Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Küveyt Bəhreyn İordaniya Yaxın Şərq Beynəlxalq hüquq Regional Təhlükəsizlik Suverenlik Birləşmiş Millətlər Təşkilatı

İordaniya İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İordaniya İranın Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, İordaniya bu hücumları adıçəkilən ölkələrin suverenliyinin kobud şəkildə pozulması, regional təhlükəsizliyə təhdid və bölgədə sabitliyin bərpasına yönəlmiş səyləri zəiflədən təhlükəli gərginlik kimi qiymətləndirib.

İordaniyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, hücumlar beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması hesab olunur.

Bəyanatda qeyd olunub ki, İordaniya Bəhreyn və Küveytlə tam həmrəylik nümayiş etdirir. Rəsmi Əmman hər iki ölkənin suverenliyinin, təhlükəsizliyinin və əhalisinin qorunması istiqamətində atacağı bütün addımları dəstəklədiyini vurğulayıb.

İordaniya eyni zamanda bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edərək, regional sabitliyin qorunmasının əhəmiyyətinə diqqət çəkib.

Mövzuya görə xəbərlər