BAKI,TurkicWorld,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hərbi təcavüzləri və Küveyt Beynəlxalq Hava Limanını hədəf almasını “aşkar təcavüz və suverenliyin kobud pozulması” kimi qiymətləndirərək sərt qınayıb.
TurkicWorld xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi X platformasında yayımlanan açıqlamada qeyd edib: “Krallıq bu pozuntuların regionda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün beynəlxalq səyləri zəiflədirdiyini bir daha təsdiqləyir”.
Açıqlamada həmçinin bildirilir ki, “Krallıq Bəhreyn Krallığı və Küveyt Dövləti ilə həmrəyliyini və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdıqları bütün tədbirlərə tam dəstəyini bir daha təsdiqləyir”.







