BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman Körfəzdəki qonşuları Küveyt və Bəhreynə qarşı baş verən son hücumları beynəlxalq hüququn pozulması və mülki əhaliyə təhdid olaraq qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Xarici İşlər Nazirliyi açıqlamasında Bəhreyn və Küveytlə “tam həmrəylik” nümayiş etdirildiyini və hər iki ölkənin “təhlükəsizlik və sabitliklərini qorumaq üçün atdığı tədbirləri” dəstəklədiyini bildirib.
“Omman Sultanlığı təkrarən səbrli olmağa, eskalasiyadan çəkinməyə və böhran və mübahisələrin həlli üçün dialoq və diplomatik vasitələrə müraciət etməyə çağırır”, – açıqlamada vurğulanıb.







