Son dəqiqə

İran Livan Küveyt Bəhreyn hücum Nəvaf Salam Suverenlik Baş Nazir

Livan Baş naziri İranın Küveyt və Bəhreynə hücumlarını qınayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam İranın Küveyt və Bəhreynə qarşı həyata keçirdiyi hücumları qınayıb və bunları “hər iki ölkənin suverenliyi və təhlükəsizliyinin ciddi pozulması, həmçinin regional sabitlik üçün birbaşa təhlükə” adlandırıb.

TurkicWorld xəbər verir ki, Salam bildirib ki, İranın hücumları “beynəlxalq hüquq qaydalarına və yaxşı qonşuluq prinsiplərinə ziddir və regionun ümumi təhlükəsizliyini daha böyük gərginlik və eskalasiya ilə üz-üzə qoyur”.

Baş nazir həmçinin Livanın Küveyt və Bəhreynlə həmrəyliyini təsdiqləyib və onların “təhlükəsizlik və suverenliklərini qorumaq və sabitliklərini təmin etmək” hüquqlarını dəstəklədiyini vurğulayıb.

Mövzuya görə xəbərlər