BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Mərkəzi Hərbi Komandanlığı İsrailin Beyrutun cənub qəsəbələrinə hücum etmək təhdidi fonunda Şimal İsrail sakinlərini evlərini tərk etməyə çağırıb.
TurkicWorld xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyi vasitəsilə yayılan bəyanatda, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri qeyd edib ki, xəbərdarlıq İsrail ordusunun Dahiyeh ərazisi üçün məcburi köçürmə əmri ilə əlaqədardır.
Komandir bildirib: “Atəşkəsin təkrar pozulmasını nəzərə alaraq, əgər bu təhdid həyata keçirilərsə, Şimal bölgələrində və işğal olunmuş ərazilərdə yerləşən hərbi düşərgələrdə yaşayan sakinləri əraziyi tərk etməyə çağırırıq, əgər zərər görmək istəmirlərsə.”







