BAKI,TurkicWorld Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın xarici işlər naziri beynəlxalq sülh məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək iclasına dəvət olunub.
TurkicWorld xəbər verir ki, dəvət çərşənbə axşamı keçiriləcək iclas üçün göndərilib və bu ay Şuraya sədrlik edən Çinin təşəbbüsü ilə həyata keçirilib.
Bəqai əlavə edib ki, hələlik İran tərəfi nazirin iclasa qatılıb-qatılmayacağı ilə bağlı yekun qərar verməyib.







