Son dəqiqə

İran ABŞ Pakistan Donald Tramp ABŞ- İran gərginlikləri ABŞ İran gərginliyi Donald Tramp İsrail siyasəti

Tramp İranla müvəqqəti atəşkəs rejimini qeyri müəyyən müddətə uzadıb

BAKI,TurkicWorld, Nailə Babazadə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünə məxsus Truth Social platformasında etdiyi paylaşımda İranla bağlı son qərarını açıqlayıb. Ağ Ev rəhbəri bu gün başa çatmalı olan müvəqqəti atəşkəs rejimini Pakistan tərəfinin xahişini nəzərə alaraq uzatdığını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp müraciətində İran rəhbərliyinin hazırda ciddi bir bölünmə içində olduğunu iddia edib. O Pakistanın ordu komandanı marşal Asım Münir və Baş nazir Şahbaz Şərifin ABŞ-dan İrana qarşı planlaşdırılan hücumların dayandırılmasını xahiş etdiklərini vurğulayıb. Prezident qeyd edib ki bu müraciətdə İranın rəhbərləri və nümayəndələri tərəfindən ortaq bir təklif təqdim edilənə qədər hərbi əməliyyatların askıya alınması istənilib.

Bu səbəbdən Donald Tramp ABŞ ordusuna dəniz blokadasını davam etdirmək və hər an hazır vəziyyətdə qalmaq barədə xüsusi tapşırıq verdiyini bəyan edib. O İran tərəfi öz rəsmi təklifini təqdim edənə və aparılan müzakirələr müəyyən bir nəticəyə çatana qədər atəşkəsin qüvvədə qalacağını diqqətə çatdırıb. Ekspertlər bu addımın bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün atılan mühüm diplomatik gediş olduğunu düşünürlər.

Mövzuya görə xəbərlər