BAKI, TurkicWorld, Orxan Qədirzadə
"Hizbullah" hərəkatı Livanın cənubunda və İsrailin şimalında bir sıra hərbi əməliyyatlar keçirdiyini elan edib.
TurkicWorld xəbər verir ki, qruplaşmanın yaydığı rəsmi bəyanatda bildirilir ki, Livanın cənubundakı Beyt Lif qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus "Merkava" tankı idarəolunan raketlə hədəf alınıb. "Hizbullah" tankın birbaşa zərbə ilə sıradan çıxarıldığını iddia edir.
Bundan əlavə, hərəkat İsrailin şimalındakı Akka şəhəri yaxınlığında yerləşən hərbi sənaye obyektinə qarşı genişmiqyaslı raket hücumu təşkil etdiyini bildirib. Məlumata görə, onlarla raketdən ibarət yaylım atəşi strateji hədəflərə yönəldilib.







