Son dəqiqə

Donald Trampın Müctəba Xamenei barədə ilk açıqlaması İranın yeni ali dini lideri ilə bağlı ABŞ reaksiyası Müctəba Xameneinin seçilməsindən sonra Vaşinqtonun mövqeyi İran Ekspertlər Məclisinin yeni lider qərarı Ali Xameneinin ölümündən sonra İranda hakimiyyət dəyişikliyi Donald Tramp Müctəba Xameneinin seçilməsinə necə reaksiya verdi İranda yeni dini liderin seçilməsi beynəlxalq reaksiyalar

Donald Tramp Müctəba Xamenei ilə bağlı ilk reaksiyasını açıqlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İranda yeni ali dini liderin müəyyənləşməsindən sonra ABŞ-dan ilk siyasi reaksiya gəlib.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin seçilməsindən məmnun olmadığını açıqlayıb.

Qeyd edək ki, Müctəba Xameneinin rəhbərliyə gətirilməsi ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və Ali Xameneinin həlak olmasından sonra baş verib.

Beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Müctəba Xameneinin seçimi İran rəhbərliyində varislik məsələsini yenidən gündəmə gətirib. Məlumata əsasən, o, İranın güc strukturları, xüsusilə də İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri olan fiqur kimi dəyərləndirilir.

Həmçinin KİV Tehranda Müctəba Xameneinin yeni lider kimi dəstəkləndiyi aksiyaların keçirildiyini bildirir.