Son dəqiqə

İngiltərə İran əməliyyatında iştirak etmədiyini bəyan etdi Kir Starmer: Hücumlarda rol oynamamışıq Böyük Britaniya təyyarələri havadadır – rəsmi açıqlama London İranla bağlı hərbi mövqeyini açıqladı İngiltərə regionda müdafiə rejimində fəaliyyət göstərir

İngiltərə İranla bağlı əməliyyatda iştirak etmədiyini açıqladı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ərazisinə yönəlmiş hərbi zərbələrlə bağlı ölkəsinin əməliyyatlarda iştirak etmədiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Baş nazir Kir Starmer bölgədə artan gərginlik fonunda keçirdiyi brifinqdə Böyük Britaniyanın sözügedən hücumların tərkib hissəsi olmadığını bildirib. Onun sözlərinə görə, London İran əleyhinə həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirak etməyib.

“Bu hücumlarda rol oynamamışıq”, – deyə hökumət başçısı vurğulayıb.

Bununla yanaşı, Starmer qeyd edib ki, Böyük Britaniyanın regiondakı hərbi mövcudluğu müdafiə xarakterlidir və təhlükəsizlik prioritetlərinə uyğun şəkildə davam etdirilir. O bildirib ki, ölkənin silahlı qüvvələri aktiv vəziyyətdədir və Britaniya hərbi təyyarələri havadadır.

Baş nazir əlavə edib ki, bu addımlar koordinasiyalı regional müdafiə tədbirləri çərçivəsində atılır və əsas məqsəd Böyük Britaniya vətəndaşlarının və milli maraqların qorunmasıdır.