Son dəqiqə

Bakı Kral Salmandan Ramazan müraciəti: Fələstinə və İslam dünyasına sülh arzusu Səudiyyə Ərəbistanı Kralı dünya müsəlmanlarını təbrik etdi – Ramazan 2026 İki Müqəddəs Ocağın Xadimi: Zəvvarlara xidmət yolumuz sarsılmazdır Kral Salmanın Ramazan təbriki: Həmrəylik və mənəvi saflaşma çağırışı Səudiyyə Ərəbistanı rəhbərliyi Ramazan ayı münasibətilə müraciət yayıb

Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ramazan ayının gəlişi münasibətilə ölkə vətəndaşlarına, rezidentlərə və bütün İslam dünyasına müraciət edib.

TurkicWorld xəbər verir ki, Kralın müraciəti Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq yayımlanıb.

Kral Salman mübarək ayın başlaması münasibətilə təbriklərini çatdıraraq, Ramazanın ruhani təmizlənmə, həmrəylik və xeyirxah əməllər üçün mühüm fürsət olduğunu vurğulayıb. O, Səudiyyə Ərəbistanının iki müqəddəs ocağa və zəvvarlara xidmət etmək şərəfinə sadiq qalacağını bir daha bəyan edib.

Kral Salman öz müraciətində Fələstindəki bacı-qardaşlarına, bütün İslam ümmətinə və dünyaya sülh, sabitlik və əmin-amanlıq arzulayıb. "Uca Allahdan bu fəzilətli ayda xeyirli əməllərimizi qəbul etməsini, ölkəmizdə və dünyada rifahın davamlı olmasını diləyirik", - deyə müraciətdə qeyd olunub.

Mövzuya görə xəbərlər