BAKI, TurkicWorld, Nailə Babazadə
Səudiyyə Ərəbistanı və Pakistan cümə axşamı iki ölkə arasındakı münasibətlərin möhkəmliyini, strateji müdafiə tərəfdaşlığını və beynəlxalq təhlükəsizliklə sülhün qorunmasında oynadıqları önəmli və aparıcı rolu bir daha vurğulayıblar.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Müdafiə Qüvvələrinin komandanı feldmarşal Asim Muniri qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Görüşdə Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini şahzadə Əbdülrəhman bin Məhəmməd bin Ayyaf, Baş Qərargah rəisi Fəyyad bin Hamed Ər-Ruvayli və digər rəsmi şəxslər də iştirak ediblər.







