Son dəqiqə

Rusiya Əsədin Moskvadakı statusunu açıqladı Lavrov: Əsədin Suriyada siyasi rolu yoxdur Moskva Əsədin sığınma səbəblərini izah etdi Lavrovdan Əsədlə bağlı rəsmi açıqlama Rusiya Əsədin siyasi fəaliyyətdə olmadığını təsdiqlədi Əsədin Moskvada qalması humanitar xarakter daşıyır Rusya’dan Esad açıklaması: siyasi rolü yok Lavrov Esad’ın Moskova’daki durumunu anlattı Esad Rusya’da neden bulunuyor? Moskova Esad iddialarına yanıt verdi Lavrov: Esad Suriye siyasetine karışmıyor Rusya Esad’a verilen sığınmayı savundu

Rusiya Əsədin Moskva­da yaşaması ilə bağlı açıqlama verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bəşər Əsədin Moskva­da olması yalnız humanitar səbəblərlə bağlıdır və onun Suriyanın daxili siyasi proseslərində heç bir rolu yoxdur.

AzerVoice xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu fikirləri Türkiyə mətbuatına verdiyi ilk üzbəüz müsahibədə səsləndirib. Lavrov “Türkiyə” qəzeti yazarı Sevil Nuriyyeva ilə söhbətində Əsədin Rusiyada qalmasına dair irəli sürülən hüquqi təqib tələblərinə münasibət bildirib.

Nazir qeyd edib ki, Bəşşar Əsəd ailəsi ilə birlikdə 2024-cü ilin dekabr ayında Suriyanın müxtəlif şəhərlərində silahlı toqquşmaların getdiyi, təhlükəsizlik risklərinin artdığı və ona qarşı açıq ölüm təhdidlərinin səsləndiyi bir vaxtda Rusiya Federasiyasına gəlib. Onun sözlərinə görə, sığınma qərarı tamamilə insani xarakter daşıyıb.

Sergey Lavrov vurğulayıb ki, Əsəd hazırda Suriyanın siyasi gündəmində iştirak etmir və ölkənin daxili məsələlərinə müdaxilə etmir. Rusiya xarici işlər nazirinin sözlərinə görə, bu məsələ uzun müddətdir Moskvanın gündəmində deyil və Rusiyanın tərəfdaşları da prosesin mahiyyətini yaxşı anlayır.