Son dəqiqə

İran İnqilab Keşikçiləri beynəlxalq terror təşkilatları ilə eyni statusda Aİ İran İnqilab Keşikçiləri Korpusunu terror siyahısına saldı Brüssel Tehrana qarşı sərt qərar verdi Avropa İttifaqından İran rejiminə tarixi sanksiya İnqilab Keşikçiləri Korpusu Aİ-nin terror siyahısında Aİ: Zorakılıq siyasəti cavabsız qalmayacaq

Avropa İttifaqı İran İnqilab Keşikçiləri Korpusunu terror siyahısına salıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul olunub.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqı İranın İnqilab Keşikçiləri Korpusunu rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qərarı şərh edərək bildirib ki, zorakılıq və repressiya siyasəti cavabsız qalmayacaq. Onun sözlərinə görə, “terrorçu kimi davranan strukturlar terrorçu kimi qiymətləndirilməlidir”.

Kallas qeyd edib ki, İnqilab Keşikçiləri Korpusunun terror siyahısına salınması bu qurumu Əl-Qaidə, HƏMAS və İŞİD kimi beynəlxalq terror təşkilatları ilə eyni hüquqi müstəviyə gətirir. Aİ rəsmisi vurğulayıb ki, İran rejiminin daxildə tətbiq etdiyi zorakılıq və repressiyalar region və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.

Qərarın hüquqi və siyasi nəticələrinin olacağı bildirilir. Bu çərçivədə İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli şəxslərin və strukturların Aİ ərazisində aktivlərinin dondurulması, maliyyə əməliyyatlarının məhdudlaşdırılması və digər sanksiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur.