Son dəqiqə

Volodimir Zelenski Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü Abbas Əraqçi İran Xin Ukrayna Rusiyaya qarşı əməliyyatları genişləndirir

İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi

BAKI, TurkicWorld, Nailə Babazadə

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin İrandakı etirazlarla bağlı Davosda səsləndirdiyi fikirlərə kəskin reaksiya verib.

TurkicWorld xəbər verir ki, "X" sosial media platformasındakı rəsmi hesabından paylaşım edən Əraqçi, Ukrayna liderini "kloun" adlandıraraq rəsmi Kiyevin mövqeyini sərt tənqid edib.

Nazir Əraqçi bəyanatında iranlıların özlərini necə müdafiə edəcəyini yaxşı bildiklərini və bu məqsədlə heç bir xarici qüvvədən yardım istəmədiklərini xüsusi vurğulayıb. Zelenskiyə ünvanlanan açıqlamada "Cənab Zelenski, dünya klounlardan bezib. Muzdlularla dolu ordunuzun əksinə, iranlılar özlərini necə müdafiə edəcəyini bilir" ifadələri yer alıb.

İranlı nazir həmçinin Ukrayna rəsmilərini ABŞ və Avropadan gələn maddi yardımlar hesabına varlanmaqda ittiham edib. O bildirib ki, Ukrayna rəhbərliyi heç bir utanc hissi keçirmədən və BMT Nizamnaməsini kobud şəkildə pozaraq, ABŞ-dan İrana qarşı qeyri-qanuni hərbi hücum həyata keçirməsini tələb edir.

Xatırladaq ki, Volodimir Zelenski İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsindəki çıxışında İrandakı etirazlara toxunmuşdu. O, İran xalqına kifayət qədər kömək edilmədiyini iddia edərək, Avropanın proseslərdən kənarda qaldığını və ABŞ-ın İrandakı hadisələrə qarşı necə hərəkət edəcəyinin gözlənildiyini ifadə etmişdi.

Mövzuya görə xəbərlər