Son dəqiqə

ABŞ Suriya İŞİD Donald Tramp Əhməd əş-Şəraa

Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub

BAKI, TurkicWorld

Suriya Prezidenti Əhməd əş-Şəraa ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə Suriya Prezidentliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb, sabitliyin təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin zəruriliyini ifadə ediblər.

Tərəflər həmçinin Suriya dövləti çərçivəsində kürd xalqının hüquqlarının qorunmasının vacibliyini təsdiqləyiblər.

Prezidentlər İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan qaldırılması məsələsində razılığa gəliblər.

Telefon danışığı zamanı bir sıra regional məsələlər də müzakirə olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi üçün ona yeni fürsət tanınmasının əhəmiyyəti vurğulanıb.

Mövzuya görə xəbərlər