Son dəqiqə

Türkiyə Türkiye Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi ABŞ Qəzza üçün yeni sülh mexanizmi formalaşdırır Qəzzada atəşkəsin ikinci mərhələsi başlayıb Tramp Qəzza üçün texnokrat idarəetməni dəstəklədiyini açıqladı ABŞ Qəzzanın hərbiləşmədən çıxarılmasını planlaşdırır Trump Gazze’de Barış Kurulu’nun kurulduğunu açıkladı ABD Gazze için yeni barış sürecini başlatıyor Gazze’de ateşkesin ikinci aşamasına geçildi Trump’tan Gazze yönetimiyle ilgili kritik açıklama Gazze’nin silahsızlandırılması gündemde

Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhün təmin olunması məqsədilə yeni beynəlxalq mexanizmin formalaşdırıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yaydığı bəyanatda Qəzzada Sülh Şurasının yaradıldığını və qurumun üzvlərinin yaxın vaxtlarda açıqlanacağını bildirib. O, bu şuranın indiyədək formalaşdırılmış ən böyük və ən nüfuzlu beynəlxalq qurumlardan biri olacağını vurğulayıb.

Donald Tramp Qəzzada atəşkəs prosesinin artıq ikinci mərhələsinə rəsmi şəkildə keçildiyini qeyd edərək, ilkin mərhələdə hərbi qarşıdurmaların dayandırıldığını və bölgəyə əhəmiyyətli həcmdə humanitar yardımın çatdırıldığını iddia edib.

ABŞ prezidenti Qəzzanın idarə olunması ilə bağlı keçid dövrü üçün texnokrat əsaslı müvəqqəti Fələstin idarəetmə mexanizminin yaradılmasını dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Sülh Şurasının Ali Nümayəndəsi tərəfindən dəstəklənəcək Qəzza İdarəetməsi Milli Komitəsi adlı yeni Fələstin texnokrat hökuməti bölgənin idarə edilməsində əsas rol oynayacaq. Tramp bu rəhbərliyin sülhə sarsılmaz şəkildə sadiq olduğunu bildirib.

ABŞ lideri çıxışında Türkiyə, Misir və Qətərin dəstəyinə xüsusi diqqət çəkib. O bildirib ki, bu ölkələrin iştirakı ilə Qəzzanın hərbiləşmədən çıxarılması prosesinə start veriləcək. Bu proses çərçivəsində HƏMAS-ın silahlarının tam təhvil verilməsi və bölgədəki bütün tunellərin dağıdılması nəzərdə tutulur.

Donald Tramp bəyanatını Qəzza əhalisinin uzun müddətdir ağır humanitar böhran yaşadığını qeyd edərək yekunlaşdırıb və bölgə üçün sülh mərhələsinin artıq yetişdiyini bildirib.

Mövzuya görə xəbərlər