Son dəqiqə

ABD genelinde ICE karşıtı gösteriler yayılıyor ICE operasyonları protestoları tetikledi Göçmen baskınlarına karşı ABD sokakları doldu Minneapolis’teki ölüm ülke çapında tepki doğurdu ABD’de ICE karşıtı protesto dalgası Minnesotadan Kaliforniyaya: ICE-ə qarşı narazılıq dalğası ICE əleyhinə aksiyalar ölkə miqyasında genişlənir ABŞ-da miqrasiya siyasətinə qarşı küçələr doldu ABŞ-da ICE-ə qarşı kütləvi etirazlar başlayıb

ABŞ-da ICE-ə qarşı etiraz dalğası başlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın bir sıra ştatlarında Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının fəaliyyətinə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara səbəb yanvarın əvvəlində Minnesotanın Minneapolis şəhərində ICE reydi zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Gudun güllələnərək öldürülməsi olub.

Yanvarın 9-da minlərlə insan “ICE out of MPLS” şüarı ilə Minneapolis küçələrinə çıxıb. Etirazçılar, ABŞ mediasının məlumatına görə, ICE əməkdaşlarının qala biləcəyi ehtimal olunan azı iki otelin qarşısında da toplaşıblar.

Minnesota İctimai Təhlükəsizlik Departamenti mərkəzdə yerləşən otellərdən birinin yaxınlığında “qanunsuz toplaşma”da ittiham edilən bir qrup etirazçının saxlanıldığını açıqlayıb. Rəsmilərin bildirdiyinə görə, aksiyalar iğtişaşlara çevrilib və maddi ziyan qeydə alınıb.

ABŞ mediası xəbər verir ki, yaxın günlərdə ölkə üzrə yüzlərlə yeni etiraz aksiyası planlaşdırılır. “ICE Out for Good” şüarı altında keçiriləcək aksiyalara hüquq müdafiə və miqrant təşkilatları, o cümlədən American Civil Liberties Union (ACLU), MoveOn və Voto Latino çağırış edib.

Təşkilatçılar bildirirlər ki, etirazlar dinc xarakter daşıyır və ICE-in icmalar, məktəblər və yaşayış məntəqələrində apardığı əməliyyatlara, eləcə də miqrasiya orqanlarının zorakılığına qarşı yönəlib.

Video və rəsmi versiyalar arasındakı ziddiyyət

Yanvarın 9-da Rene Gudun güllələndiyi anları əks etdirən video yayılıb. Kadrlarda qadının ICE əməkdaşı ilə sakit tonda danışdığı, ona qəzəbli olmadığını dediyi görünür, bundan sonra isə atəş səsləri eşidilir. ABŞ mediasının məlumatına görə, bu görüntülər federal hakimiyyətin ilkin versiyası ilə ziddiyyət təşkil edir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl qadının ICE əməkdaşını avtomobillə vurmağa cəhd etdiyini iddia etmişdi. Lakin Minneapolis meri Jacob Frey bu açıqlamanı “cəfəngiyyat” adlandıraraq videomaterialların prezidentin versiyasını təkzib etdiyini bildirib və ICE-i şəhəri tərk etməyə çağırıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Trişa Maklaflin isə atəş açılmasının ICE əməliyyatına “zorakı müdaxilə cəhdi” ilə əlaqədar baş verdiyini deyib.

Minnesota qubernatoru Tim Walz federal hakimiyyətin reaksiyasını “təbliğat” adlandırıb və hadisə ilə bağlı “tam, ədalətli və operativ araşdırma” aparılacağına söz verib.

ABŞ hakimiyyəti 2025-ci ilin sonundan etibarən qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir. Təkcə dekabr ayında keçirilən reydlər zamanı 400-dən çox şəxsin saxlanıldığı bildirilir.

İyun ayında San-Fransiskoda ICE reydləri də kütləvi etirazlara və iğtişaşlara səbəb olmuş, bundan sonra ABŞ prezidenti Kaliforniyaya Milli Qvardiya və dəniz piyadalarını göndərmişdi. Bu addım ştat rəhbərliyinin etirazına yol açmışdı.